Rövnəq Abdullayev: "Tapşırıram ki, bu məsələ öz həllini tapsın"

Tarix : 2018/02/02 19:05     Kateqoriya : İQTİSADİYYAT    


	Rövnəq Abdullayev: "Tapşırıram ki, bu məsələ öz həllini tapsın"

SOCAR-ın təlim mərkəzlərini bitirən gənclərə işə qəbul prosesində əlavə üstünlüklər veriləcək.

Bu barədə SOCAR məlumat yayıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Təlim mərkəzlərimizi bitirən bəzi gənclər aşağı dərəcəli kadr kimi SOCAR-da yaranan yüksək, məsələn 5-ci dərəcəli fəhlə vakansiyalarına qəbul ola bilmirdilər. Tapşırıram ki, bu məsələ öz həllini tapsın. Mərkəzləri bitirən və şirkətin kadr ehtiyatı bazasında olan gənclər bilik, bacarıq və səriştəsinə uyğun idarə və müəssisələrdə işlə təmin olunsun”./AZƏRTAC/