Növbəti raund İstanbulda keçiriləcək

Tarix : 2018/02/08 13:08     Kateqoriya : DÜNYA    


	Növbəti raund İstanbulda keçiriləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, dövlət başçıları Suriya böhranını müzakirə ediblər. Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya münaqişəsinin həllinə dair üçtərəfli danışıqlarının növbəti raundunun İstanbulda keçirilməsi qərara alınıb.

Xatırladaq ki, üç ölkə liderlərinin ilk sammiti Soçi şəhərində keçirilmişdi.