Paytaxtda karqo şirkətindən və mağazadan oğurluq edən şəxs saxlanılıb

Tarix : 2018/02/19 13:48     Kateqoriya : ARAŞDIRMA    


	Paytaxtda karqo şirkətindən və mağazadan oğurluq edən şəxs saxlanılıb

Fevralın 18-nə keçən gecə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti Zəng Mərkəzinə Nərimanov rayonu ərazisindəki bir şirkətdən və bir mağazadan oğurluq edilməsi barədə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dərhal hadisə yerinə gələn Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla karqo şirkətindən və mağazadan 150 manat pul, “Wi-Fi” aparatı, yaddaş qurğusu, mobil telefon, ev telefonu və qiymət çap edən aparatın oğurlanması məlum olub.

Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Alıyev polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa zamanda müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.