Fransa Səfirliyi Azərbaycana başsağlığı verdi

Tarix : 2018/03/02 23:01     Kateqoriya : SİYASƏT    


	Fransa Səfirliyi Azərbaycana başsağlığı verdi

Fransanın Azərbaycandakı Səfirliyi başsağlığı verir.


Fransanın Azərbaycandakı Səfirliyindən "Faktat.az-a verilən məlumatda bildirilir ki: "Bu səhər Bakı şəhərində Narkoloji Mərkəzində 25 nəfərin həlak olması ilə nəticələnən baş vermiş güclü yanğın haqqında xəbər aldıq. Fransanın Azərbaycandakı Səfirliyi həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir". 

Qeyd edək ki, martın 2-də Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın baş verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərhal hadisənin baş verdiyi Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub.

Respublika Baş Prokurorluğunun, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən, yanğın martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin bir korpusunda baş verib.

Yanğın saat 08:30-da söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin cəsədi aşkar edilib.

Fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib.