Əfqanıstanın XİN rəhbəri Azərbaycana gəlir

Tarix : 2018/04/04 09:55     Kateqoriya : SİYASƏT    


	Əfqanıstanın XİN rəhbəri Azərbaycana gəlir

Əfqanıstan İslam Respublikasının Xarici İşlər Naziri Azərbaycana işgüzar səfərə gəlir.

Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, Əfqanıstan İslam Respublikasının Xarici İşlər Naziri Salahuddin Rabbaninin rəhbərlik etdiyi əfqan nümayəndə heyəti 5-6 aprel, 2018-ci ildə Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı konfransı çərçivəsində nazirlərin görüşündə iştirak etmək üçün 4-7 aprel tarixləri arasında Bakıda səfərdə olacaq.