TürkPA-nın müşahidə missiyanın tərkibi açıqlandı

Tarix : 2018/04/04 10:12     Kateqoriya : SİYASƏT    


	TürkPA-nın müşahidə missiyanın tərkibi açıqlandı

TürkPA-nın Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkilərini izləyəcək beynəlxalq müşahidəçilər missiyasının tərkibi açıqlanıb.

TürkPA-dan bildirilib ki, missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü Berik Ospanov, Qırğız Respublikasının Jogorku Keneşin üzvləri DuişonTorokulov və Salaidin Aydarov, və Türkiyə Böyük Millət Məclisinin deputatları Haluk İpek və Ceyhun İrgil daxildir.

Qurumdan qeyd olunub ki, aprelin 10-da müşahidəçilər missiyasının Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşləri nəzərdə tutulur.

Bildirilib ki, səsvermə günü müşahidəçilər seçki prosesini yaxından izləmək məqsədilə Bakının bir sıra seçki məntəqələrini ziyarət edəcəklər.

Aprelin 12-də isə TürkPA missiya üzvləri seçkilərin yekununa dair mətbuat konfransı keçirəcək.

Report