Azərbaycanda prezidentliyə namizədlərin seçkiqabağı təşviqatı başa çatıb

 
Tarix : 2018/04/10 09:18     Kateqoriya : SİYASƏT    


	Azərbaycanda prezidentliyə namizədlərin seçkiqabağı təşviqatı başa çatıb

	 

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat üçün ayrılmış müddət başa çatıb.

"faktat.az" xəbər verir ki, qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.

Xatırladaq ki, seçkiqabağı təşviqat martın 19-da başlayıb. Bu müddət ərzində namizədlər təşviqat üçün qanunda nəzərdə tutulmuş vasitələrdən istifadə ediblər.

Qeyd edək ki, MSK tərəfindən 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.