Merapi dağının küllərinin təsirinə görə Borobudur məbədinin bağlanılmasına ehtiyac qalmır

Tarix : 2018/05/24 20:48     Kateqoriya : DÜNYA    


	Merapi dağının küllərinin təsirinə görə Borobudur məbədinin bağlanılmasına ehtiyac qalmır

MAGELANG, Indoneziya – Balai Konservasi Borbudur (BKB) - Borobudur Bələdiyyəsi, Merapi dağından püskürən vulkan nəticəsində bir neçə ətraf vilayətin onun külləri altında qalmağına baxmayaraq, Borobudur məbədinin bağlanılmasına ehtiyac duymayıb.

Bələdiyyə sədri, İskəndər M. Sireqar, hesablamalara əsasən bu küllərin “dünya mədəniyyət qoruğu”na yaxınlaşmasına baxmayaraq, plastik örtük ilə qapanmasına, ehtiyac qalmadığını bildirdir. ”Keçirilən müzakirə və dəyərləndirmə nəticəsinə əsasən küllər məbədə yaxın olsa da, hələ ki çox təhlükəli deyil” sədr deyib. Onun fikrinə görə, məbədin gümbəzlərinə yapışan küllər asanlıqla təmizlənə bilər. Açıqlamaya əsasən vulkanik külün turşuluğu çox olduğuna görə məbədin yüz illik qədim daşlarını aşındırmaq xassəsi daşıyır. “Vulkanik külün turşuluğu çoxdur. Daşların aşınmasını sürətləndirə bilər. Beləki, külün toplandığı təqdirdə bu kütlə məbədin su sisteminin axınının qarşısını alacaqdır.” Ehtiyac olarsa və ya vulkan aktivləşərsə, məbədin üstü plastik örtüklə bağlanaraq qorunacaqdır. Bu proses 2010-cu ildə və 2014-cü ildə Qərbi Yavadakı Kelud dağında partlayış zamanı həyata keçmişdir. Budda dininə məxsus olan Borobudur məbədi Orta Yavada yerləşir və dünyanın ən böyük məbədi sayılır. Bu məbədin yerləşdiyi yer aktiv vulkanik Merapi dağına yaxındır. 3 böyük tikiliyə malik bu məbəd 2500 kvadrat metr ərazini əhatə edir və 72 ədəd Budda heykəli qoyulmuş gümbəzlərdən ibarətdir. Dünyanın məşhur qədim miraslarından sayılan bu məbəd UNESCO tərəfindən qorunur.