BOQORDAKI ALMAN YÜK MAŞINI ZAVODU

Tarix : 2018/05/24 21:03     Kateqoriya : DÜNYA    


	BOQORDAKI ALMAN YÜK MAŞINI ZAVODU

BOQOR- İndoneziyada fabriki olan Alman şirkətlərindən biri Mercedes-Benzdir. Mercedes zavodu İndoneziyada yalnız minik maşını deyil, həmçinin yük maşını da istehsal edir.

DetikOto və bir neçə media nümayəndəsi ilə birgə “Der Panzer” ölkəsinin bu zavodunu gəzmək fürsətimiz oldu. Qərbi Yava əyalətinin Boqor şəhərinin Vanaheranq bölgəsində yerləşən zavod 42 hektarlıq ərazini əhatə edir və iki ticari binadan ibarətdir. Bu binalar – yığma-monyaj binası və istehsalın sonlandırılması binası olaraq adlandırılıb. Yığma-montaj binası hər biri fərqli funksiyaya malik 10 ayrı stansiyalardan ibarətdir. Burada istehsal prosesini sürətləndirmək məqsədilə komputer texnologiyasından istifadə edilir.”Biz istehsal prosesindəki çatışmazlıqları minimuma endirməyə təminat veririk”, İstehsalın sonlandırılması üzrə Menecer, Aleksandır Qunandisastra jurnalistlərə bele demişdir. Hər bir hissənin istehsalının bitməsinə baxmayaraq, hər bir mərhələdə yenidən yoxlanılır.” Yığma-montaj binasından sonra maşın istehsalın sonlandırılması binasına daxil olur. Burada maşın bir daha, yenidən yoxlanılır. Bu yoxlama, surət göstəricisinin və motorun ümumi yoxlanılması daxil olmaqla, bütün yoxlanışları əhatə edir. “Bu yük maşınları 100 km test sürüşü ilə yoxlanılır və bazara çıxarılır. Test sürüşü 100 kmdən çox olarsa bazara çıxarılmır.”Aleksander əlavə edir. 1970-ci ildən etibarən fəaliyyət göstərən Mercedes-Benz zavodu gündə 10 və ya 15 yük maşını istehsal edir. Bu rəhbərliyin təyinatı ilə çox və ya az ola bilər. Eyni zamanda, Vanaheranqda sərnişin maşını olaraq C-Class, E-Class, S-Class, GLC, GLE, GLS kimi maşınlar da istehsal olunur.