İndoneziya və Çin arasında “mandarin” diplomatiyası

Tarix : 2018/06/04 16:34     Kateqoriya : DÜNYA    


	İndoneziya və Çin arasında “mandarin” diplomatiyası

İndoneziyanın Çindən mandarin idxalının “dayandırılması” siyasəti Çinin Baş naziri, Li Keqianqı Cakartaya gəlməyə vadar etdi. Cari ilin əvvəlindən İndoneziya höküməti demək olar ki, Çindən mandarin idxalı anlaşmasını dayandırmışdı.

İndoneziyanın Azərbaycandakı səfirliyindən “Faktat.az”-a verilən xəbərdə bildirilir ki, əsas məqsədi isə Çinin İndoneziyanın hortikultura məhsullarının idxalı üçün yol açması idi.

Mandarin ticarəti diplomatiyası görünür nəticə verməyə başladı. Çin höküməti İndoneziyadan ildə 500 min ton palma yağı idxalına əlavə etməyə hazırdır. Bu rəqəm keçən il Çinə olan 3.7 milyon tona çatan palma yağı ixracını da artıracaqdır. Çin dövləti eyni zamanda “manqqis” meyvəsi, kofe və digər hortikultura məhsulları idxal etmişdir. Əksinə, İndoneziyadan yenidən mandarin idxal olunması xahiş olunub.

İndoneziya dövləti Çin dövləti ilə olan ticari ələqəsini digər bir dövlətlə, yəni Pakistanla müqayisə etmişdir. Çinlə olan ticarətdə defisit yaranmasına baxmayaraq, Pakistanla olan ticarət bu defisiti balanslayıb. İndoneziya, Çin və Pakistan arasında olan üç tərəfli ticarət əlaqəsi öz səmərəliliyini ortaya qoymuşdur. Çin və Pakistana olan ixrac xeyli artmış və İndoneziyaya kifayət qədər gəlir gətirmişdir.

İndoneziya və Çin arasındakı ticarət balansı neçə illərdir ki, defisit verir və bu rəqəm getdikcə artır. 2013-cü ildə Çinlə ticarətdə olan defisit 8,3 milyard ABŞ dolları olduğu halda, 2017-ci ildə bu rəqəm 14,2 milyard dollar məbləğinə çatmışdır. Son beş ildə İndoneziyanın Çinə olan ixracı təxminən 0,1 faiz azalarkən, idxalı isə ortalama 3,7 faiz artmışdır.

Müxtəlif məsələlər Çinə olan ixrac üçün maneə yaradır. İndoneziyadan idxalı məhdudlaşdırmaq üçün Çin dövlətinin bəhanələri var. Məsələn, deyilir ki İndoneziya ”manqqis”ində ağ bit xəstəliyi var. Halbuki, ”manqqis” Sinqapurda satılan meyvədir və Sinqapurun idxal şərtləri daha da ciddidir. Çinin eyni zamanda başqa ölkələrə də belə məhdudiyyətləri var. Məsələn, “salak” meyvəsi və ananas Çin divarlarını keçə bilməsə də, Vietnam tərəfindən ixrac olunur.

Ticari defisiti və bir neçə başqa maneələr Ümundünya Ticarət Təşkilatının prinsiplərini pozmadan Çinə təzyiq göstərmək üçün İndoneziya Ticarət Nazirliyinə bir əsas oldu. Bunlardan biri yanvar-mart aylarında mandarin idxalı üçün razılıq məktubunun verilməməsidir. İndoneziya məhsullarının, xüsusilə hortikultura məhsullarının idxalı üçün Çinin ticarət qapılarını açmasını istəyir.

Bu vaxt periodu Çində mandarin məhsuldarlığının artdığı və həmçinin Çin Yeni İlinin keçirildiyi zamandır. Bunun təsiri çox böyük oldu. Fucian əyalətindəki fermerlər mandarin məhsullarının çürüməyindən şikayet edirdilər. Zərər isə 36 milyon ABŞ dolları vəya yarım trilyon Rupiah olaraq hesablanır.

Çinlə olan ticarətin əksinə, İndoneziya Pakistan arasında olan ticarət isə müsbət nəticə verir. 2013-cü ildə Ticarət balansı 1,9 milyar ABŞ dolları idisə, 2017-ci ildə isə bu rəqəm 2,2 milyar ABŞ dolları dəyərində olub. İndoneziyanın ən əsas ixrac məhsulu palma yağı olub. Son zamanlarda Pakistan 10 illik müqavilə əsasında və 5 illik əlavə uzatmaqla İndoneziyadan maye qaz almağa hazir olduğunu bildirib. Qarşılığında isə İndoneziya məhduduyyətsiz Pakistandan mandarin idxal etməyi qərarlaşdırıb.

Xəyalə Süleymanqızı