Qətər Dövləti …Blokadanın bir ili

Tarix : 2018/06/06 14:42     Kateqoriya : DÜNYA    


	Qətər Dövləti …Blokadanın bir ili

2018-ci ilin 5 iyun tarixində Səudiyyə Ərəbistanı, Ərəb Əmirlikləri və Bəhreyn Krallığının təmsil olunduğu blokada dövlətlərinin Qətəri öz müstəqil siyasətindən əl çəkməyə məcbur etmək üçün tətbiq etdiyi embarqonun bir ili tamam olur.

Bu gün, amansız blokadanın tətbiqindən bir il keçdikdən sonra Qətər Dövləti yeritdiyi açıq qapı siyasətinin bəhrələrini görür. O, özünün hamı ilə balanslı və çevik əlaqələrindən istifadə etmiş, rekord müddətdə ilkin tələbat və ərzaq mallarına alternativ mənbələr tapmış və buna Türkiyə Azərbaycan və digər dost və qardaş ölkələrlə birbaşa hava daşımaları vasitəsilə müvəffəq olmuşdur. O, blokada dövlətlərindən asılılığı aradan qaldırmaq və özünü təmin etmək üçün bi sıra böyük layihələrin birbaşa həyata keçirilməsinə başlamışdır. Blokadanın bir illiyində blokada dövlətlərindən idxal edilən bütün malların Qətərin satış məntəqələrindən yığışdırılması barədə qərar Qətərin blokada fövqündə olması barədə həmin dövlətlərə gözlənilməz bir mesaj oldu. Bu, qarşlıqlılıq prinsipinə əsaslanan qərarlar qəbilindən idi. Blokadanı tətbiq etməklə həmin dövlətlər Qətər xalqının gündəlik həyatına zərbə vurmaq istədilər və Qətər bazarlarında əsaslı yer tutan məhsullarının Qətərə daxil olmasını gözlənilmədən qadağan etdilər. Bu gün, Qətərlilərin yerli, dost və qardaş ölkələrin istehsal etdiyi məhsullara əsaslandıqdan sonra blokada dövlətləri Qətər bazarlarını dəyərindən aşağı qiymətlərlə satılan məhsulları ilə doldurmaq və Dohaya daxil olmaq üçün alternativ bazarlardan istifadə edərək həmin məhsullara zərər vurmağa can atdılar. Bu cəhdlər isə uğursuzluqla nəticələndi.

Paralel olaraq qüruru və suverenlik prinsipini rəhbər tutaraq Qətər blokada dövlətlərinə yönələn siyasətində çeviklik göstərdi və daima bəyan etdi ki, o, öz körfəzli qardaşları ilə görüşməyə və suverenliyə hörmət etmək şərtilə dialoqa hazırdır. O, 2018-ci ilin mayında Səudiyyə Krallığında keçirilən Körfəz Qalxanı təlimlərində iştirakı qəbul etdi.

Bu gün, Qətərə qarşı amansız blokadanın tətbiq edildiyindən bir il keçdikdən sonra deyə bilərik ki, Qətərin sakit və balanslaşdırılmış diplomatiyası işləri öz mənafeyinə uyğun çevirməyi bacardı, özünün etibarlılığını, terrora qarşı mübarizədə beynəlxalq müstəvidə fəal tərəfdaş olduğunu sübut etdi, problemlə bağlı beynəlxalq ictimaiyyətin rəğbətini qazandı, çünki ekstremizm və terroru dəstəkləməsi ilə barədə ittihamları rədd etdi.

Bu gün, Qətər Dövlətinə qarşı amansız blokadanın tətbiq edildiyindən bir il keçdikdən sonra bizim haqqımız var ki, soruşaq, blokada dövlətləri əbəs yerə əxlaqi səviyyənin aşağı düşməsi və arzuların boşa çıxmasından başqa nə qazandılar, dəyişən nə oldu ki?

Qətər öz açıq qapılar siyasəti, güclü iqtisadiyyatı, təslimçiliyi rədd edən xalqı, prinsipial rəhrərliyi ilə həmin Qətərdir. Bəs blokada dövlətləri nə əldə etdilər?

Ola bilsin ki, körfəz ailəsinin bərpası, dövlətlərin suverenliyi və siyasi iradəsinə hörmət edərək ixtilafları aradan qaldırmaq vaxtı çatmışdır.

Qısaca desək, bu gün, bloklaşmalar siyasətinin ağalıq etdiyi bir vaxtda, çoxsaylı müasirmüasir don geymiş müstəmləkəçilik layihələri fonunda Körfəz ailəsinin yenidən öz sıralarına qayıtmağa və birləşməyə həddindən artıq ehtiyacı var. Bu gün hamı üçün aydın bir həqiqətdir ki, Qətər düşmən deyil və olmayacaq.

Yusif bin Həsən əl-Saai