Metroda partlayış həyəcanı yaşanıb

Tarix : 2018/06/09 11:24     Kateqoriya : DÜNYA    


	Metroda partlayış həyəcanı yaşanıb

Roma metrosunda partlayış həyəcanı yaşanıb.

Hadisə “Polikliniko” stansiyasında baş verib. Naqilin qırılması ilə meydana gələn qığılcımlar və tüstü partlayış qorxusu yaratdığından hadisə yerinə qəza-xilasetmə xidmətinin əməkdaşları çağırılıb. Partlayış həyəcanı Roma metrosunun B xəttində hərəkətin dayanmasına səbəb olub. Stansiyaya çatmaqda olan qatar tuneldə dayandırılıb və sərnişinlər təxliyə edilib.

Xəsarət alanlarla bağlı məlumat verilmir.

/AZƏRTAC/