Abbas Salehi: "İran və Azərbaycan xalqları qədim tarixə malikdirlər"

Tarix : 2018/06/27 17:51     Kateqoriya : MƏDƏNİYYƏT    


	Abbas Salehi: "İran və Azərbaycan xalqları qədim tarixə malikdirlər"

İranın ölkəmizdə mədəniyyət günləri çərçivəsində Mədəniyyət sərgisinin açılışı olub.

Faktat.az”-ın məlumatına görə, öncə çıxış edən İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə qonaqları təqdim edib. Ürək sözlərini dedikdən sonra diplomat sözü Azərbaycanın Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verib.

Nazir İran mədəniyyət günlərinin açılışını ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm hadisə adlandırıb. Deyib ki, bir həftə davam edəcək mədəniyyət tədbirləri çərçivəsində müxtəlif zəngin proqramlar Bakıda və Gəncədə təşkil olunacaq.

Daha sonra söz İranın Mədəniyyət və islami irşad naziri Abbas Salehiyə verilib. Nazir bildirib ki, mədəniyyət günlərinin keçirilməsində məqsəd iki ölkənin xalqıarını bir-birinə tanıtmaq yox, onların necə zəngin olduğunu göstərməkdir.

"İran və Azərbaycan xalqları qədim tarixə, ortaq mədəniyyət və məişətə malikdirlər. Müştərək dilimiz, adət-ənənələrimiz var. Müştərək şairlərimiz, yazıçılarımız olub ki, onlar əlaqələrimizin inkişafında mühüm rol oynayıblar və indi də oynayırlar" deyən nazir bu cür mədəniyyət tədbirlərinin davamlı olacağına əminlik ifadə edib.