Dövlətimizin sərhədləri etibarlı əllərdədir

Tarix : 2018/07/13 09:42     Kateqoriya : İQTİSADİYYAT    


	Dövlətimizin sərhədləri etibarlı əllərdədir

Məsəl var, deyirlər, Vətən sərhəddən başlayır. Əgər bir dövlətin sərhədləri etibarlı şəkildə mühafizə olunmazsa, o zaman həmin ölkənin dövlətçiliyindən, təhlükəsizliyindən və iqtisadi qüdrətindən danışmağa dəyməz. Bu baxımdan Azərbaycanın bəxti gətirib desək, yanılmarıq. Çünki dövlətçiliyimizin qorunmasında, müstəqilliyimizin uzunömürlü olmasında, respublikamızın iqtisadi strategiyasının həyata keçirilməsində, ölkə iqtisadiyyatının yüksələn templi inkişafında, iqtisadi təhlükəsizliyimizin mühafizəsində müstəsna və əhəmiyyətli rol oynayan qurumlar arasında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) də var. Xüsusilə də mükəmməl hüquqi bazaya və inkişaf etmiş infrastruktura malik olan Azərbaycan Gömrük Xidmətinin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirdiyi kompleks tədbirlərdə, gömrük sərhədlərinin müdafiəsinin təşkili, qaçaqmalçılıq hallarının qarşısının alınması və və ümumi təhlükəsizlik məsələlərində önəmli mövqeyə malikdir. Ən diqqətçəkən məqam isə qaçaqmalçılığa qarşı qətiyyətli mübarizənin aparılması ilə əlaqədardır. Bütün bunları mən özümdən demirəm. Həqiqətən də peşəkar və vicdanlı gömrük işçilərimizin öz potensial enerjilərini, qabiliyyətlərini və bacarıqlarını ortaya qoyması və əllərindən gələnləri etməsi, innovativ, güclü, stabil və tamamilə avtomatlaşdırılmış, tərəfdaşlar tərəfindən peşəkar, şəffaf və yüksək səviyyəli xidmətləri ilə məlum olan, beynəlxalq təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi kimi, eyni zamanda beynəlxalq ticarətin inkişafını və beynəlxalq əməkdaşlığı dəstəkləyən bir xidmət kimi tanınan Azərbaycan Gömrük Xidmətinin dünya ölkələrinin gömrük xidmətləri arasında peşəkarlığı, zəngin təcrübəsi ilə şeçilməsi danılmazdır. Digər tərəfdən, tarixi faktlar, statistik məlumatlar dediklərimə əyani sübutdur. Həmin faktlardan bəzilərinə nəzər salaq.

DGK-nin 2017-ci il ərzində xidməti fəaliyyətinə dair hesabata əsasən, ötən il iqtisadi təhlükəsizliyin təmin olunması və daxili bazarın qorunması, gömrük nəzarətinin təşkili və möhkəmləndirilməsi, gömrük işi sahəsində cinayətlər və digər hüquqpozmalar ilə mübarizə, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni keçirilməsi hallarının qarşısının alınması və digər sahələrdə zəruri işlər görülüb. Belə ki, keçən il ölkənin gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti əsasən qabaqcıl dünya təcrübəsinə əsaslanan metodların, o cümlədən texniki vasitə və informasiya texnologiyalarının tətbiqi, əməliyyat-axtarış və qabaqlayıcı-profilaktik tədbirlərin gücləndirilməsi, habelə hüquqpozmalara qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi yolu ilə iqtisadi təhlükəsizliyimizin təmin edilməsinə, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunmasına, hüquqpozma törətmiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsinə yönəlib. Qaçaqmalçılığa və digər gömrük hüquqpozmalarına qarşı mübarizənin səmərəliliyinin artırılmasında beynəlxalq və regional əməkdaşlığın xüsusi əhəmiyyəti nəzərə alınmaqla, ötən il ÜGT, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, GUAM, MARİƏM (Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi) kimi mötəbər beynəlxalq və regional təşkilatlarla, xarici gömrük xidmətlərinin hüquq mühafizə bölmələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi işi davam etdirilib. Ölkə Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək və gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən, digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2017-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 210 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 2 ton 714 kq

962 qram narkotik vasitə və psixotrop maddələr və onların prekursorları o cümlədən 100 kq 517 qram heroin, 13 kq 714 min 11 qram həşiş, 20 kq 248 qram marixuana, 83,502 qram metadon, 16 kq 675 qram tiryək, 1,8 qram brotizolam, 0,2 qram fenazepam, 12,81 qram MDMA, 0,34 qram metilendioksiamfetamin, 3 qram zolpidem, 5,727 qram alprazolam, 19,85 qram diazepam, 130 qram fenobarbital, 12,525 qram klonazepam, 970 qram metamfetamin, 7,5 qram xlordiazepoksid, 5 kq 516 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bununla yanaşı hesabat dövründə Daxili İşlər orqanlarının əməkdaşları ilə keçirilən birgə əməliyyat tədbiri nəticəsində 2 fakt üzrə 2 ton 557 kq yabanı halda bitən çətənə kolu aşkar edilib. 2017-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 232 nəfər: 197-i kişi və 35-i qadın olmaqla 180 Azərbaycan vətəndaşı və 52 əcnəbi (39 İran, 5 Rusiya, 2 Türkiyə, 3 Gürcüstan, 1 Hindistan, və 1 Əfqanıstan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 29 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib. 184 halda narkotiklər İrandan, 5 halda Rusiyadan, 1 halda Türkiyədən, 1 halda Kanadadan (poçt göndərişləri vasitəsilə), 1 halda İngiltərədən (poçt göndərişləri vasitəsilə) gətirilərkən, 2 halda İrana, 1 halda Rusiyaya, 1 halda Gürcüstana aparılarkən, 8 halda isə tranzit yolla (İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Gürcüstan, İran-Azərbaycan-Qazaxıstan, İranAzərbaycan-Türkiyə marşrutları üzrə) sərhəddən keçirilərkən saxlanıb. DGK-nin Kinoloji Mərkəzi tərəfindən təlimləndirilmiş 43 baş xidməti it narkotik vasitələrin, partlayıcı maddələrin, silah-sursat, tütün məmulatlarının və digər fərdi iyə malik olan əşyaların (pirotexniki vasitələrin) axtarışı üzrə sərhəd-buraxılış məntəqələrində gündəlik fəaliyyət göstərib. Hesabat dövründə xidməti axtarış itlərin tətbiqi nəticəsində 33 fakt üzrə 240,8 qram həşiş, 35,2 qram tiryək, 1695 qram heroin, 51 qram marixuana, 247,5 ml metadon, 13 həb metadon, 1,45 qram metamfetamin, 0,34 qram metilendioksiamfetamin-MDA, 10 həb buprenofin, 527 həb alprazolam-0.5, 20 həb tramadol-100, 10 həb jansen M10, 50 həb phenazepam aşkar olunub. Bundan əlavə sərhəd keçid postlarında qeyri-qanuni qaydada 145 min 800 ədəd müxtəlif markalı tütün məmulatları, 975 ədəd belamor və 258 ədəd pirotexniki vasitələr əşyalarının keçirilməsi faktlarının qarşısı xidməti itlərin tətbiqi ilə alınıb. 2017-ci ildə gömrük orqanları tərəfindən 57 fakt üzrə 21,800 qram boldenon, 8,15 qram drostanolon, 45,25 qram matandienon, 1,25 qram methenolone, 10,25 qram nandrolon, 30 qram oksimetolon, 2 qram oxsandrolone, 1675 qram preqabalin, 13,3 qram stanozolol, 3924 qram tramadol, 11,9 qram trenbolon, 26,5 qram tropikamid, 0,4 qram erqotamin C adlı güclü təsiredici maddələr qanunsuz dövriyyədən çıxarılıb. Hesabat ilində gömrük orqanları tərəfindən aşkar olunmuş 8116 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 199 hüquqi şəxs (o cümlədən 70 xarici hüquqi şəxs) və 7924 fiziki şəxs (o cümlədən 3853 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 881 min 603 manat cərimə tətbiq olunmaqla, dəyəri 212 min 468 manat olan mallar müsadirə edilib. Gömrük qaydaları əleyhinə inzibati xətalar əsasən malların, nəqliyyat vasitələrinin və ya onlara aid sənədlərin müəyyən edilmiş müddətdə çatdırılmaması, gömrük sərhədindən gömrük nəzarətindən gizli və kənar keçirilməsi, bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə əlaqədar olub. “Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 1 miyon 599 min 205 ABŞ dolları, 152 min 685 avro, 5000 funt sterlinq 22 milyon 241 min 884 rus rublu, 12 milyon 64 min 677 Azərbaycan manatı, 806 min 610 manat dəyərində 14 min 73 qram qızıl, 239 min 853 manat dəyərində 397 ədəd zinət əşyaları, 68 min 398 manat dəyərində 49 min 45 qram gümüş əşyalar, 150 min 346 manat dəyərində 185,12 karat qiymətli daşlar aşkar olunub. Ötən il gömrük orqanları tərəfindən 16 min 310 qram civə, 301 min 200 manat dəyərində 300 min 400

ədəd CİTES obyekti olan-tibb zəlisi, 1 ədəd əl qumbarası, 120 min 390 manat dəyərində dərman vasitələri, 1292 manat dəyərində baytarlıq dərmanları, 2912 manat dəyərində bitki dərmanları, 22 ədəd elektroşoker, 2570 ədəd mobil telefon və 3382 ədəd mobil telefonların aksessuarları, 590 min 26 manat dəyərində 119 min 105 ədəd məişət texnikası və əşyaları, 55 ədəd odlu silahın patronu, 3 ədəd ov silahı, 967 ədəd ov silahının sursat və ləvazimatları, 41 min 645 qram partlayıcı maddələr, 1 milyon 314 min 250 ədəd pirotexniki məmulatlar, 12 ədəd pnevmatik silah və 1400 ədəd pnevmatik silahın patronları, 3 ədəd qaz silahı, 90 ədəd soyuq silahlar, 64 ədəd səssiqnal patronları, 12 ədəd zirehli texnikanın periskopu, 135 min 309 manat dəyərində 11 min 981 ədəd tibb ləvazimatları, 117 min 635 manat dəyərində 6285 ədəd parfümeriya və kosmetika və külli miqdarda digər malların sərhəddən qanunsuz olaraq keçirilməsinin qarşısı alınıb. Keçən il həmçinin Azərbaycanın və xarici ölkələrin bədii, tarixi və arxeoloji sərvətlərin qorunması sahəsində 5 ədəd samovar, 25 ədəd xalça, 1 ədəd çuqun materialdan tökmə üsulu ilə hazırlanmış heykəl, 4 ədəd fransa istehsalı olan qızıl sikkə (numizmatika) hüquqpozmanın predmeti kimi saxlanılıb. Eyni zamanda gömrük orqanları tərəfindən saxta və ya keyfiyyətsiz mallarla mübarizə sahəsində 4 top və 13 min ədəd ofset üsulu ilə çap edilmiş müxtəlif əmtəə nişanlarının etketləri aşkar edilərək hüquqpozmanın predmeti kimi götürülüb və toplanmış materiallar qanunvericiliyə uyğun olaraq sonrakı istintaq hərəkətləri üçün məhkəmə orqanlarına göndərilib. Ötən il gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün qəti tədbirlər görülüb, aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 534 min 536 manat dəyərində 5 milyon 687 min 445 ədəd xaricdə istehsal olunan siqaret, 19 min 51 manat dəyərində 1593 litr spirtli içkilər saxlanılıb.

Azərbaycan Respublikası gömrük orqanlarının bütün istiqamətlərdə gördüyü işlər - istər fiskal siyasətin həyata keçirilməsində, istər hüquq-mühafizə orqanı kimi gömrük sahəsində hüquqpozmalara qarşı mübarizədə, mədəni sərvətlərin qorunmasında, gömrük nəzarətinin təşkilində, gömrük orqanlarının beynəlxalq imicinin möhkəmlənməsi, xidmət səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması və digər çox şaxəli fəaliyyəti o cümlədən, analtik informasiya icmalı “Gömrük xəbərləri” və ölkənin digər Kütləvi İnformasiya Vasitələrində, eyni zamanda DGK-nin rəsmi internet saytında işıqlandırılıb.

Xəyalə Süleymanqızı

“Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsinə təqdim olunur