Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası təsdiq edildi

Tarix : 2018/07/18 18:20     Kateqoriya : İQTİSADİYYAT    


	Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası təsdiq edildi

Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsinin icrası təsdiq edilib.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən "Fakt-Araşdırma"-ya verilən məlumata görə, Sərəncama uyğun olaraq, ARDNF-nin 2017-ci il büdcəsinin icrası gəlirləri 12 137 503,3 min manat, xərcləri isə 11 015 537,9 min manat olmaqla təsdiq edilib.