“Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği” adlı tədbir keçirib

Tarix : 2018/07/18 19:07     Kateqoriya : SOSİAL    


	“Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği” adlı tədbir keçirib

“Korrupsiyaya qarşı Mübarizə Mərkəzi İctimai Birliyi” Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 18 iyul 2018-cı il Xaçmaz rayonunda “ Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği ” adlı tədbir həyata keçirib.

Birlikdən "Fakt-Araşdırma"-ya verilən məlumata görə, tədbirin əsas məqsədi Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi Prezident cənab İlham Əliyevin imzaladığı “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nına dair təşəbbüslərdə Asan idarəçiliyin təbliği layihəmizin əsas mahiyyətini kəsb edir.

Tədbirdə bu sahə ilə bağlı mövcud qanunvericiliyin təbliği, korrupsiyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırılması problemləri barədə maarifləndirmə söhbətləri aparılıb. Tədbirdə Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri, layihənin koordinatoru Anar Sarıyev, Gənclər Mərkəzinin direktoru, layihənin eksperti Kənan Qubadzadə, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev , icra hakimiyyətinin digər məsul şəxsləri və digər rəsmi şəxslər çıxış etmişlər.