BƏƏ və Azərbaycan xalqları liderlərini yaddaşlarında şərəflə xatırlayırlar

 

Tarix : 2018/08/07 15:38     Kateqoriya : SİYASƏT    


	BƏƏ və Azərbaycan xalqları liderlərini yaddaşlarında şərəflə xatırlayırlar

	 

Avqust 6 1966-cı il tarixi  BƏƏ tarixində yeni epoxanın başlanğıcıdır. Bu il isə BƏƏ xalqı Şeyx Zayedin Əbu Dabidə rəhbərliyə keçməsinin 52-ci il dönümünü qeyd edir.

Bu tarix Azərbaycan tarixindəki 15 iyun tarixinə oxşardır. 15 İyun   Azərbaycan dövlətçiliyində  ən önəmli günlərdəndir.  Milli Qurtuluş Günü- müstəqil Azərbaycanın tarixində  yeni və çox dəyərli mərhələnin başlanması günüdür. Bu gün  Ümummilli lider Heydər Əliyevin paytaxt Bakıya tarixi qayıdışını qeyd edir.  Bu o zamandır ki, görkəmli böyük lider Heydər Əliyev  Azərbaycan dövlətçiliyinin  gələcək inkişaf strategiyasını elan etmişdir. Şeyx Zayed də belə etmişdir.

Şeyx Zayed 1918-ci ildə Əbu Dabidə dünyaya gəlmişdir Atası Şeyx Sultan bin Zayed 1922-1926-cı illərdə Əbu-Dabi hökmdarı idi. Şeyx Zayed dörd qardaşın ən kiçiyi idi və ona əmirliyi idarə edən (1885-1909)  "I Zayed" kimi tanınan babası Zayed bin Xəlifənin adı qoyulmuşdu. Şeyx Zayedin ərəblərə xas olan şahin ovuna çox böyük marağı var idi. O dəvəyə minmək və at çapmaq bacarıqlarını günü-gündən artırırdı. Yaşının az olmasına baxmayaraq liderlik və rəhbərlik xüsusiyyətləri formalaşmağa başlamışdır. Bu onun doğma şəhəri olan Əl-Aində yaşadığı dönəmə təsadüf edirdi. XX əsrin əllinci illərində Abu Dabi Əmirliyində neft tapılması ilə Körfəz bölgəsində iqtisadiyyat inkişaf dövrünə başladı. 1962-ci ildə Abu Dabi ilk neftini ixrac etdi. Bu hadisə şəhərin tarixində hər şeyi köklü surətdə dəyişdi. İqtisadiyyat, ictimai və mədəni həyat yeni mərhələyə qədəm qoydu. Ölkənin problemlərini həll etməyi bacaran, neft gəlirlərindən ideal şəkildə istifadə etmək yollarını uğurlu şəkildə planlaşdıran, ölkəni inkişafa doğru aparan bir başçıya ehtiyacı var idi. 1966-cı ildə Şey Zayed Abu-Dabinin əmiri seçilir. Şeyx Zayed ölkədə geniş islahatlar həyata keçirir, təhsil və səhiyyə inkişaf etməyə başlayır. Böyük və müasir şəhər salınmağa başlayır. Xalqın yaşayış problemlərinin həlli üçün köklü islahatlat aparılır. Möhtəşəm bir inkişaf proqramı işlənilib hazırlanır.

Onun inkişafa dair  təşəbbüsü geriləmə illərinin aradan qaldırılmasında böyük nailiyyət oldu.

Bu gün həm BƏƏ, həm də Azərbaycan Respublikası Regionda aparıcı ölkələrdir və bizim Xalqlarımız bütütn bu nailiyyətlərin bizim liderlərimizin sonsuz səyləri nəticəsində baş verdiyini daim xatırlayır.

Məhəmməd Əhməd Hamil Əl-Qubaisi 

Birləşmiş Ərəb Əmirliklərinin  Azərbaycandak Respublikasındakı Səfiri