“1000 lider” təşəbbüsü çərçivəsində dövlət qadınlar üçün yeni perspektivlər yaradacaq

Tarix : 2018/08/28 10:29     Kateqoriya : SİYASƏT    


	“1000 lider” təşəbbüsü çərçivəsində dövlət qadınlar üçün yeni perspektivlər yaradacaq

BƏƏ, milli və beynəlxalq səviyyədə qadın və qızların hüquq və imkanlarının genişləndirilməsi nöqteyi-nəzərindən bölgədə aparıcı bir modeldir

Qadınların hüquq və imkanlarının genişləndirilməsi perspektivlərinə Birləşmiş Ərəb Əmirliklərinin yanaşması dünyada təqlid olunacaq unikal bir modeldir. BƏƏ qadınları inkişaf prosesində olduğu kimi gələcək nəsilin tərbiyəsi prosesində də önəmli rol oynayır və Dövlətin gələcək inkişafa rəvac verən planlarında xüsusi pay sahibidirlər.Qadınların hüquq və imkanlarının genişləndirilməsinin bu qabaqcıl modeli, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın bu prosesə yanaşmasına və ölkənin tərəqqisində və gələcək nəsilin yetişməsində mühim rol oynayan qadınlarana müdrik idarəçiliyin etimad edilməsinə əsaslanır.

BƏƏ konstitusiyası kişi ilə qadının bərabər hüquqa malik olduqlarını bəyan edir. Qadınlar və kişilərin bərabər hüquqlara malik olması, qadınların qazandığı uğurlar, təhsil, savadsızlığın ləğvi və qadınların məşğulluq sektorunda payı və qadınla ehtiramala davranma kimi göstəricilər üzrə BƏƏ regional və beynəlxalq sahələrdə lider mövqeyində qəraralaşıb.

Birləşmiş Ərəb Əmirlikləri qadınların qərar qəbuletmə prosesində iştirakını dəstəkləyir, çünki bu ölkənin iqtisadi gücləndirilməsinin əsas amilidir. Nazirlər Kabineti 2014-cü il 9 dekabr tarixində bütün dövlət qurumlarını və orqanlarını idarə heyətlərinə qadınların daxil edilməsini zəruri hesab edən bir qərar qəbul etdi. BƏƏ-də hökumət müəssisələrində qadınların təmsil edilməsi 15% təşkil edir. Federal Milli Şuranın qadın üzvlərin sayı 9-a çatmışdır ki, bu da ümumi sayı 40-a çatan bütün üzvlərin 22.5%-ni təşkil edir. 2016-cı ildə yeni formalaşan nazirliklərin əməkdaşlarının 27% -ni qadınlar təşkil edir.

Qadınlar məhkəmə orqanlarında da fəaliyyət göstərirlər. Habelə onlar polis sıralarına da daxil olmuş və hərbi korpuslarda çalışmağa başlamışlar. Diplomatiya sahəsində də qadınların rolu danılmazdır. Onlar Beynəlxalq Əməkdaşlıq Nazirliyinin diplomatik korpusunda hal-hazırda çalışan əməkdaşların 30% -ni təşkil edirlər.

BƏƏ-nin Beynəlxalq səviyyədə qadınların hüquq və imkanlarının genişləndirilməsi sahəsində töhfələri və nailiyyətləri danılmazdır.

Bu vacib məsələni dəstəkləyən xarici yardım layihələri aşağıdakı sahələri əhatə edir: qadınların peşə hazırlığının təkmilləşdirilməsi və aşağı və orta gəlirli ölkələrdə qadın sahibkarlara dəstək.

Qadın və uşaqlar üçün səhiyyə sektorunda 100-dən çox layihənin dəstəklənməsinə əlavə olaraq, BƏƏ Əfqanıstanda zəfəran sənayesinə dəstək nümayiş etdirərək, burada istehsal fəaliyyəti ilə məşğul olan qadınların 80 faiz təşkil etməsinə nail olmuşdur. BƏƏ Şri-Lankada qadınların hüquq və imkanlarının genişləndirilməsi üçün xüsusi bir maliyyə dəstəyi göstərmişdir

BƏƏ Sahibkarlıq sahəsində də qadınlara və gənc qızlara dəstək verilməsi öhdəliyini öz üzərinə götürür. Belə ki, o, Beynəlxalq Bankın start verdiyi qadın liderlərin maliyyələşdirilməsi təşəbbüsünə böyük töhfə verəcək bu sahəyə 50 milyon dollar ayırb. Bu təşəbbüs sahibkarlar üçün 1 milyard dollardan çox maliyyə vəsaitini səfərbər edir. “1000 lider” təşəbbüsü çərçivəsində dövlət qadınlar üçün yeni perspektivlər yaradacaq

və onların istedadlarını tam parlaqlığı ilə üzə çıxaracaq və bir sözlə onlara gələcəkdə liderə çevirəcəkdir ki, bu da keşmişin stereotiplərin məhv etmə anlamına gəlir.

Qadınlar BƏƏ-də bu gün deyil, gələcəkdə də böyük rol oynayacaqlar. Dövlət, müasir və tolerant bir cəmiyyətin qurulması üçün qadın hüquqları sahəsində irəliləyişlərin vacib olduğunu düşünür.Yeni faydaları, bilik və təcrübəsi ilə BƏƏ dünyanın qalan hissələrində də qadınların eyni qiymətləndirilməsi və daxili imkanlara malik olmasını təmin etmək üçün səylə çalışmağa davam edəcəkdir.

Mohamed Alqubaisi

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri