“Payız sonatası” Tbilisi səhnəsində 

Tarix : 2018/11/17 13:08     Kateqoriya : MƏDƏNYYƏT    


	“Payız sonatası” Tbilisi səhnəsində 

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı İnqmar Berqmanın pyesi əsasında hazırlanmış "Payız sonatası" tamaşası ilə noyabrın 22-də Tbilisidə çıxış edəcək.

AZƏRTAC Gürcüstan saytlarına istinadla xəbər verir ki, tamaşa A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, dekorasiyalar üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.

Tamaşada rolları Xalq artistləri Lyudmila Duxovnaya, Məbud Məhərrəmov, aktyorlar Rumiyə Ağayeva və Tamilla Abutalıbova ifa edəcəklər.