Ermənistanda “Su-25” hücum təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot ölüb

Tarix : 2018/12/04 17:11     Kateqoriya : DÜNYA    


	Ermənistanda “Su-25” hücum təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot ölüb

Dekabrın 4-də Ermənistan silahlı qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi uçuş-təlim tapşırığını yerinə yetirmək üçün yerli vaxtla saat 10:30-da Gümrü aeroportundan havaya qalxıb və qısa müddətdən sonra radarlardan itərək yoxa çıxıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, günorta saatlarında təyyarənin qalıqları Ermənistanın qərbindəki Maralik şəhəri yaxınlığında tapılıb. Təyyarəni idarə edən Ermənistan hərbi-hava qüvvələrinin iki pilotunun da öldüyü bildirilir.