İranlı tələbələrdən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Tarix : 2019/01/16 22:59     Kateqoriya : SOSİAL    

İranlı tələbələrdən Xocalı soyqırımı ilə bağlı BƏYANAT Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyinin Bəyanatı Biz, Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyi bildiririk ki,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədən 29 il ötməsinə baxmayaraq, Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi dəhşətli qırğını heç bir zaman unutmayacağıq. Həmin gecə Ermənistanın işğalçı iddialarına qarşı çıxan qardaş Azərbaycan xalqı Bakının küçə və meydanlarına çıxaraq öz haqqını tələbedirdi. Azərbaycan xalqının qəhrəman oğul və qızları bir nəfər kimi öz etiraz səsini qaldıraraq dinc vasitələrlə hüquqlarının qorunmasını istəyirdilər. Ancaq Sovet rəhbərliyinin bir başa göstərişi ilə xalqın bu dinc mübarizəsinə qarşı yeridilən qoşun Bakıda misli görünməmiş qanlı faciəyə səbəb oldu. Belə ki, Sovet qoşunlarının törətdiyi qırğın nəticəsində Bakıda 134 dinc vətəndaş öldürüldü, 600-dən çox insan yaralandı, 800-dən çox adam isə haqsız yerə həbs edildi. Qətlə yetirilənlər arasında beş millətin nümayəndələri, o cümlədən uşaqlar, qocalar, qadınlar və əlillər də var idi.Allahın biz insanlara göndərdiyi müqəddəs Quran kitabında buyurulur: “Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz.” Ümumiyyətlə, şəhidlik ölümlərin ən şərəflisidir. Şəhidlər sərvəri İmam Hüseyn əleyhissəlamın gözəl bir kəlamı vardır: “Mən ölümü xoşbəxtlik, zalımlaratabe halda yaşamağı isə zillət sayıram.”Təsadüfi deyil ki, şəhid olmağı əbədi səadətə çatmaq olaraq qəbul edən İran xalqı,xüsusilə də İranın gəncləri bu uca mövqeyə çatmaq məqsədilə mübarizənin ən çətinanlarında ölümə meydan oxudular və şəhid olmağa belə hazır oldular. İran Prezidentimöhtərəm Həsən Ruhani şəhidləri böyük qüdrət və mühüm bir sərmayə adlandıraraqdemişdir: “Fədakarlıq dərsini şəhidlər və əlillər, habelə onların ailələrindən öyrənmək lazımdır.” Bəli, artıq 29 ildir ki, dünya, o cümlədən də İran xalqı qanlı 20 Yanvar faciəsini Azərbaycan xalqının Ümumxalq hüzn günü kimi qeyd edir. Biz bu münasibətlə müxtəlif tədbirlər, o cümlədən konfranslar, sərgilər təşkil etməklə Azərbaycanahəmdərd olduğumuzu nümayiş etdiririk. Biz, iranlı tələbələrin Azərbaycandaki birliyi olaraq 20 Yanvar faciəsinin xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı törədilən hər növ bütün cinayətləri pisləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!