Məzahir Pənahov Moldovada səfərdədir

Tarix : 2019/02/22 18:05     Kateqoriya : SİYASƏT    


	Məzahir Pənahov Moldovada səfərdədir

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Moldovaya səfər edib

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən “Faktat.az”-a verilən məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il fevralın 24-də Moldova Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfərə yola düşüb.

Moldova Mərkəzi Seçki Komissiyasının sədri Alina Russunun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun digər rəsmi şəxslərlə yanaşı, Moldovalı həmkarı ilə də görüşü və iki ölkənin ali seçki qurumları arasındakı uzunmüddətli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, MSK təmsilçiləri həmçinin, Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi sədrinin dəvətilə sözügedən təşkilatın tərkibində də seçkilərin müşahidəsində iştirak edirlər.