Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib

Tarix : 2019/02/22 13:58     Kateqoriya : SƏHİYYƏ    


	Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib

Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Fevralın 22-də səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında Cəlilabad, Neftçala, Salyan və Biləsuvar rayon sakinlərini qəbul edib.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı sakinlərin sağlamlıq problemləri, işlə təminatı və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.