Son illərin cərrahi yeniliklərinə həsr olunan konfrans keçiriləcək

Tarix : 2019/02/24 00:18     Kateqoriya : SƏHİYYƏ    


	Son illərin cərrahi yeniliklərinə həsr olunan konfrans keçiriləcək

Martın 1-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində “Son illərdə cərrahiyyədə qazanılmış nailiyyətlər” mövzusunda konfrans keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, konfransda ümumi cərrahlar, neyrocərrahlar, diaqnostik və invaziv radioloq və endovaskulyar cərrahlar iştirak edəcəklər.

Konfransda müasir cərrahiyyə sahəsində əldə edilən uğurlara nəzər salınacaq, yüksəkixtisaslı mütəxəssislər öz təcrübələrini bölüşəcəklər.