NAZİR SABİRABADDA VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK

Tarix : 2019/02/25 15:39     Kateqoriya : İQTİSADİYYAT    


	NAZİR SABİRABADDA VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov  1 mart 2019-ci il tarixdə, saat 11:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Sabirabad, Saatlı, Hacıqabul, Salyan  rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşəcək.  

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “Faktat.az”-a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-213-04-72) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.