Sovet qoşunlarının Gürcüstanı işğal etməsindən 98 il ötür

Tarix : 2019/02/25 23:06     Kateqoriya : DÜNYA    


	Sovet qoşunlarının Gürcüstanı işğal etməsindən 98 il ötür

Bu gün sovet qoşunlarının Gürcüstanı işğal etməsindən 98 il ötür.

Bununla bağlı Gürcüstan Prezidentinin sarayında, parlament, nazirlik, mərkəzi və yerli dövlət idarələrinin, habelə ölkənin bütün dövlət qurumlarının binalarında bayraqlar endirilib.

Məlumat üçün qeyd edək ki, 1921-ci il fevralın 25-də qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib.

Gürcüstan parlamentinin 2010-cu il 21 iyul tarixli qərarı ilə fevralın 25-i sovet işğalı günü elan olunub. /AZƏRTAC/