Azərbaycanla İndoneziya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Tarix : 2019/02/26 17:19     Kateqoriya : SİYASƏT    


	Azərbaycanla İndoneziya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Cenevrəyə işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb və siyasi münasibətlərin cari səviyyəsindən məmnunluq ifadə olunub. Eyni zamanda, tərəflər beynəlxalq təşkilatlar, xüsusən də BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.