Moldova MSK parlament seçkilərinin yekun nəticələrini açıqlayıb

Tarix : 2019/02/26 17:24     Kateqoriya : DÜNYA    


	Moldova MSK parlament seçkilərinin yekun nəticələrini açıqlayıb

Moldova Mərkəzi Seçki Komissiyası parlament seçkiləri ilə bağlı daxil olan bütün protokolları sayıb.

Yekun nəticəyə əsasən, Moldova Respublikası Sosialist Partiyası səslərin 31,15, ACUM seçki bloku 26,84, Moldova Demokratik Partiyası 23,62 və “Şor” siyasi partiyası 8,32 faizini toplayıb. Təkmandatlı dairələrdə səsi daha çox Moldova Demokratik Partiyası, Moldova Respublikası Sosialist Partiyası, ACUM Seçki blokunun namizədləri qazanıblar.

Qeyd edək ki, Moldovada fevralın 24-də keçirilən parlament seçkilərində 1453013 vətəndaş səs verib ki, bu da səsvermə hüququ olan vətəndaşların 49,22 faizidir. /AZƏRTAC/