Ukraynanın Azərbaycanda yeni səfiri təyin olunub

Tarix : 2019/02/27 15:00     Kateqoriya : SİYASƏT    


	Ukraynanın Azərbaycanda yeni səfiri təyin olunub

Prezident Petro Poroşenko Ukraynanın Azərbaycan Respublikasında yeni fövqəladə və səlahiyyətli səfirini təyin edib.

Bu barədə fərman Ukrayna Prezidentinin saytında yerləşdirilib. Fərmana əsasən, Ukraynanın Azərbaycandakı yeni səfiri Vladislav Kanevski təyin olunub.

Vladislav Kanevski bundan əvvəl Ukrayna XİN-in Katibliyi Departamentinin təhlil və planlaşdırma şöbəsinin müdiri - Departament direktorunun müavini vəzifəsində çalışıb.