Cakarta avtomobili sevgi və sülhlə Azərbaycanın məcburi köçkünləri üçün gəldi

Tarix : 2019/04/01 09:40     Kateqoriya : SİYASƏT    

Cakarta avtomobili sevgi və sülhlə Azərbaycanın məcburi köçkünləri üçün gəldi Həftənin bazar günü, 25 mart 2019 – cu il tarixində “İndonesia Country Explorer” (İndoneziya Ölkə Bələdçiləri) adı altında dünya səfərində olan Hartavan “Hauvke” Setcodoninqrat, Sanni Rusli və Hendarmin Vibavadan ibarət ekspedisiya qrupu daha əvvəl İstanbulda park edilmiş Sanni Rusliyə məxsus B 68 AR dövlət nömrə nişanlı Cakarta avotomobili ilə Azərbaycanın paytaxtına gəldilər. Səfirlikdən "faktat.az"-a verilən məlumata görə,bu ekspedisiya triosu daha öncə Türkiyə və Gürcüstanın bir sıra şəhərlərini qeyd olunan nəqliyyat vasitəsilə araşdıraraq səyahətlərini Bakıya qədər davam etdirmişlər. “Bu cənabları, artıq 5 ildir ki həyata keçirdikləri dünyanı səyahət etmə hədəfinə catma istəklərinə, eyni zamanda fiziki baxımdan və onlardakı ruh yüksəkliyinə görə alqışlayıram. Rahatlıq zonasını tərk edib, xalqımızı təbliğ edərək və onun adını daşıyaraq şübhəsiz, insanlıq dəyərlərimizi zənginləşdirəcək yeni insanlarla sıx əlaqələr qururlar.” – qrupu İndoneziya iqamətgahında qəbul edən İndoneziya Respublikasının Azərbaycan Respublikasında səfiri Husnan Bey Fanani bildirib. Land Cruiser markalı avtomobilin Belçikanın Brüssel şəhərinə qədər 5000 km-lik məsafəni qət edəcəyi planlaşdırılır. “Biz Bakıdan sonra Gürcüstan, Türkiyə, Bolqaristan və Serbiyadan yeniden keçerek Belçikaya doğru səfərimizi davam edəcəyik.” Sanni Rusli bildirib. Eyni zamanda, 2014-cü ilin iyul ayından başlayan bu səfərin onu Cənub-Şərqi Asiya, Qırğızıstan, Qazaxstan və Rusiyanın yerləşdiyi Mərkəzi Asiya və Finlandiya, İsveçin yerləşdiyi Skandinaviya kimi bir çox regionlara gətirdiyini qeyd etdi. "Bakıya gəlməzdən əvvəl biz düşünürdük ki, Azərbaycan çox müasir olmayan digər keçmiş sovet ölkələri kimidir. Ancaq biz burada gəldiyimiz zaman, Sinqapur və Monako kimi təmiz, mütəşəkkil və müasir infrastrukturu olan Bakını görməkdən çox təəccübləndik.” Hendarmin Vibava bildirib. Bu ekspedisiya nəticəsində Bakıda dayanan trio Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq-Qarabağ bölgəsindən olan məcburi köçkünlərin evlərinə baş çəkdilər. Onlara “Dünyanı maşınla səyahət edirik və İndoneziya ilə Azərbaycan arasında daha sıx qardaşlıq yaratmaq üçün sevgi və sülhlə Azərbaycana gəldik” ismarıcını çatdırıblar. Bu məcburi köçkünlərə qarşı olan rəğbətin və Dağlıq Qarabağ münaqişəsinin sonlanmasına yönəlmiş dəstəyin bir formasıdır. “Bu yolla Azərbaycan icmasının, indoneziya xalqının daim Azərbaycan kimi qardaş ölkələrə diqqət yetirdiyini anlayacağına ümid edirik.” – məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksində olan Husnan Bey Fanani açıqladı. Bundan əlavə, 70 – dən çox ölkəni fəth edən, üzərində “Wonderful Indonesia” (Ecazkar İndoneziya) markası olan qara rəngli B 68 AR nişanlı polis nömrəli avtomobil Azərbaycan xalqının diqqətini cəlb etdi. Bakı şəhərində bir çox turistik məkanlarda park olunan avtomobil fotokameraların diqqət mərkəzində idi. Bu, İndoneziyanı dünyaya tanıtmağın maraqlı yollarından biridir. Eyni zamanda, Hauvke CS Azərbaycanda olarkən Naxçıvan şəhərinə gedərək, Nuh türbəsini, Əshabi-Kəhf, deyilənə görə daşqın zamanı Nuh gəmisinin dayandığı İlandağını və Duzdağı ziyarət etmişdir. Beş ildir ki, həyatın müqayisəli təhlili motivasiyası ilə səfərlər edirəm. Həqiqətən kim olduğumuzu axtarın və araşdırın. Bu səfər zamanı həyatda xoşbəxtliyin harada yaşamağımızdan asılı olmadığını, istər böyük və ya kiçik şəhər olsun, amma ən xoşagəlməz məkanda belə xoşbəxtliyin olduğunu müəyyənləşdirdim.” Hauvke Setcodininqrat qeyd edib. Ancaq bir məsələ var ki, o, həqiqətən əldə etdiyini və onu zənginləşdirdiyini hiss edir, bu məhz “ Bu səyahət zamanı səbrimin artdığını, qorxu və narahtçılığımın azaldığını müəyyənləşdirdim, çünki bu duyğular tərs mütənasibdir. Səbrimiz artıqca, özünəinam hissi də artır. Və əgər gənc nəsil bunu edə bilirsə, o zaman ölkə daha da qüdrətli olacaqdır.” – deyə qeyd edib.