Nazir: "Əlaqələrin inkişafı üçün birbaşa dəmir yolu işə salınmalıdır"

Tarix : (2019/04/19/ 11:53)     Kateqoriya : İQTİSADİYYAT    

Nazir: \ İqtisadiyyat naziri Şahin Mustafayev və İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani mediaya açıqlama verdilər. "Dövlət başçıları ölkələrimiz arasında əlaqələrinin inkişafına xüsusi diqqət göstərirlər. Bunun nəticəsidir ki, hazırda Azərbaycan-İran münasibətləri bütün sahələrdə sürətlə inkişaf etməkdədir. Artıq 2017-ci illə müqayisədə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 74 faiz, bu ilin ilk rübündə isə ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artım olub". Bu sözləri iqtisadiyyat nziri Ş.Mustafayev deyib. O, əlavə edib ki, bu fün təməli atılan zavodda yüksək keyfiyyətli nüasir avtobuslar istehsal olunacaq. Onun sözlərinə görə 10 milyon avroya başa gələcək zavodda ilkin mərhələdə ildə 500, sonradan isə 1000 ədən avtobusun istehsalı planlaşdırılıb. Zavodda 100 nəfər daimi işlə təmin olunacaq. Nazir qeyd edib ki, başqa iqtisadi layihələr üzərində də iş aparılır. Bildirib ki, Pirallahı dərman zavodunda tikinti işləri sürətlə gedir, Neftcaladakı Xəzər avtomobillərini istehsal edən zavod isə artlq uğurla fəaliyyət göstərir. Onun sözlərinə görə zavodda artıq 1400 avtomobil istehsal edilib. Nazir qeyd edib ki, burada ustehsal olunan avtobuslar həm ölkədə istifadə olunacaq, həm də xaricə satılacaq. İranlı nazir Rza Rəhmani də ikitərəfli əlaqələrin inkişafından razılıq edib.Bildirib ku, əlaqələrin inkişafı üçün birbaşa dəmir yolu işə salınmalı, şosse yolu ilə yükdaşımaların həcmi artırılmalıdır. İranlı nazir ümidvar olduğunu deyib ki, yaxın illərdə İran-Azərvaycan əlaqələri daha böyük layihələrin açılışı ilə daha da genişlənəcək. Xəyalə Süleymanqızı