Şəkidə "Qarabağ müharıbəsi şəhidləri"nin xatirəsinə həsr olunmuş” yarış keçirilib

Tarix : 2016/06/23 17:58     Kateqoriya : Ä°DMAN    


	Şəkidə "Qarabağ müharıbəsi şəhidləri"nin xatirəsinə həsr olunmuş” yarış keçirilib

Şəki şəhərində  "Qarabağ müharıbəsi şəhidləri"nin xatirəsinə həsr olunmuş "Kempo Submission" üzrə Gi-NoGi versiyaları üzrə Respublika turniri keçirlib. 

  Azərbaycan Kempo  Federasiyasının mətbuat xidməti rəhbəri Fuad Rəsulun «Fakt-Araşdırma»-ya verdiyi məlumata görə, yarış Şərq Döyüş növləri Federasiyaları şurasının, Şəki şəhər Gənclər və İdman baş idarəsinin, "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun həmçinin Şəki şəhərində Kempo döyüş növünün nümayəndəsi olan Şəki Sərxan və Faiq adına "Cəngavər” idman klubunun birgə təşkilatçılığı ilə  həyata keçirilib.

  Tədbirdə  Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimov çıxış edərək  qeyd edib ki, Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu baxımdan gənclər arasında bu cür yarışların   təşkili mühüm əhəmiyyətə malikdir. Bu tip yarışların keçilməsində əsas məqsəd Kempo idman növünün inkişafına, kempoçuların ustalığının artırılması və təkmilləşdirilməsinə, o cümlədən bölgələrdə yeniyetmə və prespektivli idmançıların aşkar edilməsinə nail olmaqdır.

Sonra  Şəki şəhər Gənclər və İdman idərəsinin rəisi Vüqar İskəndərov çıxış edərək bildirib ki, Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan  İlham Əliyev cənabları idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.    

Qeyd edək ki, turnirdə  5 rayondan 9 komandanın 95 - a yaxın idmançısı iştirak edib.

 Yarışın sonunda qalib olan idmançılar təşkilatçı qurum tərəfindən fəxri fərman və medallarla təltif olunub.