Bu gün gənclər günüdür

Tarix : 2016/02/02 12:52     Kateqoriya : SOSİAL    


	Bu gün gənclər günüdür

2 fevral Azərbaycan Gənclər Günü kimi qeyd olunur.

«Fakt-Araşdırma»-nın məlumatına görə, bu gün Azərbaycanda 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ölkə əhalisinin 31 faizini gənclər təşkil edir. 

Onların 49 faizi kişi, 51 faizi isə qadınlardır.