«2 fevral-Gənclər günü» Suraxanı rayonunda qeyd edilib
 

Tarix : 1 Fev 2016 14:47:19     Kateqoriya : SOSİAL    


	«2 fevral-Gənclər günü» Suraxanı rayonunda qeyd edilib

	 

“2 fevral-Gənclər günü” ilə əlaqədar Suraxanı rayonunda gənclərlə görüş keçirilmişdir. Görüşdə 200-dən yuxarı gənc iştirak etmişdir.

Suraxanı rayon İcra Hakimiyyətindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, görüş iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Ündərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.

Sonra gənclər Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Gənclərə məlumat verildi ki, Mərkəzı ziyarətə gələnlər Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar. İndiyədək Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 58 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 15 mindən artıq istifadəçi faydalanmışdır. Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar, Azərbaycan Respublikası Milli Məslisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə 2009-cu ildən bəri 163-dən yuxarı (2015-ci ildə 19) tədbir keçirilmişdir.

Gənclərlə “Bülbülə” şadlıq sarayında davam etdirilən görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov gəncləri “2 fevral-Gənclər günü” münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, bu gün ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin tövsiyələri dayanır. 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib addımlar atılmışdır. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atırlar, cəmiyyətdə mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün Müstəqil Azərbaycan Respublikasını gücləndirir. Gənclərimizin sorağı Beynəlxalq konfranslarda , dövlət və hökümət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından gəlir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev yanvar ayının 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibəti ilə ölkə gənclərinin bir qrupu ilə görüşmüşdür. Dövlətimizin başçısı öz çıxışında qeyd etmişdir ki, gənclərimiz cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm də ölkə daxilində mən gürürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar.

İlqar Abbasov xüsusi vurğulamışdır, Gənclər Siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Mötəbər beynəlxalq yarışlarda Azərbaycan bayrağının qaldırılması hər birimizi qürurlandırır və fəxr edirik ki, idmançılarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar. Bütün bunlar gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət göstərir. Bakıda Dünya və Avropa birinciliklərinin keçirilməsi, 2015-ci ildəl Azərbaycanın 1-ci Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlardan qazanılan çoxsaylı mükafatlar isə gəncliyə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən xəbər verir. Genişmiqyaslı quruculuq işləri aparılan şəhər və kəndlərimiz gündən-günə abadlaşır, çoxsaylı müasir istehsal sahələri yaradılır, təhsil, səhiyyə obyektləri, idman kompleksləri tikilir, daimi yeni iş yerləri yaradılır. Gələcək nəsillərimiz də vətənpərvər və Vətənə bağlı olmalıdırlar ki, ölkəmiz daha da qüdrətli dövlətə çevrilsin. Rayon rəhbəri çıxışını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sözləri ilə yekunlaşdırdı:“Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, ictedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz.”

Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd etdilər ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Azərbaycan gəncləri müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar. Görüşdə rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup rayon gəncinə Rayon İcra Hakimiyyəti başçısının, Bakı şəhər Gənclər və İdman İdarəsinin, YAP Suraxanı rayon təşkilatının Fəxri Fərmanları və hədiyyələri təqdim olunmuşdur. Sonda “Gənclər evi”nin və rayonun mədəniyyət ocaqlarının bədii kollektivləri konsert proqramı ilə çıxış etdi.