Yeddi boksçumuz Macarıstanda qalibiyyətə iddialıdır

Tarix : 2016/02/02 20:05     Kateqoriya : Ä°DMAN    


	Yeddi boksçumuz Macarıstanda qalibiyyətə iddialıdır

Fevralın 3-də Macarıstanın Debretsen şəhərində ilin ilk boks turnirinə start veriləcək.

«Fakt-Araşdırma» xəbər verir ki, 1956-cı ildən İştvan Boçkainin xatirəsinə keçirilən turnirdə 29 ölkədən 168 boksçu mübarizə aparacaq. Beş gün davam edəcək yarışda iki dünya, yeddi Avropa çempionu, Avropa Oyunlarının altı qalibi, eyni zamanda 2015-ci il Pan Amerikan və Asiya Oyunlarının bir qalibi mübarizə aparacaq.

Azərbaycan milli komandası Pedro Roqe və Lazaro Ximenes Martinesin rəhbərliyi altında yarışda 7 boksçu ilə təmsil olunacaq.

Yığmamız Macarıstan turnirinə yetərincə güclü heyətlə yollanıb. Dünya çempionu, Avropa Oyunlarının qalibi, ötən mövsüm WSB liqasında bütün görüşlərini qələbə ilə başa vurmuş Albert Səlimov yarışın ən titullu idmançılarından sayılır. Avropa Oyunlarının qalibi, iki dəfə dünya çempionatının mükafatçısı olmuş Teymur Məmmədov, Abdulqadir Abdullayev kimi tanınmış boksçularımız da Debretsendə rinqə çıxacaqlar. Belə ki, heyətdə Rüfət Hüseynov (49 kq), Tayfur Əliyev (56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayev (91 kq) yer alıblar.

Qeyd edək ki, ötənilki yarışda millimizin iki üzvü - Məsud Yusifzadə (52 kq) və Xaybulla Musalov (75 kq) turnirin qalibi olmuşdu.