Dövlət Aqrar Universiteti onu şantaj edən saytı məhkəməyə verdi

Tarix : 2016/02/04 17:26     Kateqoriya : ARAŞDIRMA    


	Dövlət Aqrar Universiteti onu şantaj edən saytı məhkəməyə verdi

Azərbaycan Dövlət Aqrar Universiteti son illər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında, ən mütərəqqi metodların tətbiqində böyük uğurlara imza atıb.

ADAU-nun Mətbuat Xidmətin «Fakt-Araşdırma»-ya verilən məlumata görə, aqrar sahənin inkişafına təkan verəcək kadrların hazırlanması universitetin qarşısında duran başlıca vəzifədir və bunun öhdəsindən də layiqincə gəlinir. Artıq ADAU bir ailə olaraq dünya universitetləri arasında da tanınmağa başlayıb. Səmimi və sağlam bir kollektiv formalaşıb.

Lakin bu uğurları gözü götürməyən, təpədən dırnağa böhtana bürünən, şərindən və məkrli niyyətlərindən əl çəkməyən bir sıra mult-media vasitələri də var ki, onlar həqiqət olmayan, böhtan dolu xəbərlər yaymaqda davam edirlər. Dəfələrlə münasibət bildirildiyinə baxmayaraq heç vəchlə böhtan yollarından dönmək istəmirlər. Bu sırada ən çox canfəşanlıq edən isə Jam.az saytıdır. Hər gün demək olar universitetin işgüzar nüfuzuna xələl gətirən, kollektivə böhtan və yalan xəbərlər yayımlayırlar. Bunların heç biri isə həqiqət deyil və bir qayda olaraq da tələbə-müəllimlər tərəfindən ikrahla qarşılanır.

Bütün bunlara son qoymağın vaxtı çatdı. Daha doğrusu bu addımı sayt özü istədi. ADAU Jam.az-ın böhtanlarına, şantaj və cəfəngiyyatlarına son vermək üçün məhkəməyə üz tutdu və artıq hazırlıq işləri tamamlanmaq üzrədir.