Ölkədə beş günlük körpəni yolun kənarına atdılar

Tarix : 2016/02/05 18:21     Kateqoriya : ARAÅžDIRMA    


	Ölkədə beş günlük körpəni yolun kənarına atdılar

Sabirabad rayonunda yolun kənarında yeni doğulmuş körpə tapılıb.

«Fakt-Araşdırma» DİN-in saytına istinadən xəbər verir ki, rayon sakini Nəzarət İsmayılov Kovlar kəndindəki “Padarçöl” adlanan sahədə avtomobil yolunun kənarında sahibsiz çantada yeni doğulmuş (4-5 günlük) oğlan uşağı görüb və evə aparıb.

O, uşağı dünən polis şöbəsinə təhvil verib.