Putin Obama ilə görüşəcək

Tarix : 2015/09/25 15:40     Kateqoriya : DÜNYA    


	Putin Obama ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Nyu-Yorkda BMT Baş Assambleyasının meydanında ABŞ Prezidenti Barak Obama ilə görüşəcək.

RİA Novosti agentliyi bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

Peskov bildirib ki, görüş Putinin Yaponiyanın Baş naziri Şinzo Abe ilə görüşündən sonra baş tutacaq.

Liderlər gələn həftə BMT Baş Assambleyasının toplantısında iştirak edəcəklər.