Bakıda Beynəlxalq Yoqa Günü qeyd edilib

Tarix : 2016/06/26 18:05     Kateqoriya : Ä°DMAN    


	Bakıda Beynəlxalq Yoqa Günü qeyd edilib

İyunun 26-da “YARAT” Müasir İncəsənət Mərkəzinin, Hindistanın Azərbaycandakı səfirliyinin və “Yoga Shahi” studiyasının dəstəyi ilə Dənizkənarı Milli Parkda “Özünə fayda ilə, başqalarına kömək üçün!” devizi altında 21 iyun - Beynəlxalq Yoqa Gününə həsr olunmuş xeyriyyə festivalı keçirilib.

«Fakt-Araşdırma» xəbər verir ki, festival çərçivəsində paytaxtın sakinləri və qonaqları üçün yoqanın müxtəlif istiqamətləri üzrə məşğələlər keçirilib. Həmçinin yoqanın tarixi və sağlam həyat tərzi haqqında mühazirələr oxunub.

Festival sağlam həyat tərzini və fəal istirahət mədəniyyətini təbliğ etmək, arzu edənlərin yoqanın müxtəlif istiqamətləri ilə tanış olmasına şərait yaratmaq, bu cərəyan haqqında ətraflı informasiya almaq məqsədi daşıyır.

Qeyd edək ki, Beynəlxalq Yoqa Günü 2015-ci ildən başlayaraq dünyada geniş qeyd olunur. Yoqa Azərbaycanda da geniş yayılıb.