Voleybol üzrə Azərbaycan millisi Avropa Liqası yarışlarının finalına vəsiqə qazanıb

Tarix : 2016/06/26 22:02     Kateqoriya : Ä°DMAN    


	Voleybol üzrə Azərbaycan millisi Avropa Liqası yarışlarının finalına vəsiqə qazanıb

İyunun 26-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqası yarışlarının yarımfinal mərhələsində cavab oyununu keçirib.

«Fakt-Araşdırma» xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində millimiz Yunanıstan yığması ilə qarşılaşıb.

İtaliyalı baş hakim İlaria Vaqninin idarə etdiyi oyun millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında bir gün əvvəl təşkil olunmuş ilk oyunda da Azərbaycan millisi 3:1 hesabı ilə qalib gəlmişdi. İki oyunun nəticəsinə görə, Azərbaycan voleybolçuları Avropa Liqası yarışlarının final mərhələsinə yüksəliblər. Həlledici mərhələdə millimizin rəqibi Slovakiya-Sloveniya görüşünün qalibi olacaq. Final mərhələsinin ilk görüşü iyunun 30-da, cavab qarşılaşması isə iyulun 7-də təşkil olunacaq.

Avropa Liqasının mahiyyətini artırmaq üçün bu ildən birinci yerin sahibi gələn il keçiriləcək Dünya Qran-prisinə vəsiqə qazanacaq.

Hazırda millimizin heyətinə gənc oyunçular cəlb olunub. Əsas məqsəd Avropa Liqasının finalına yüksəlmək, gələn il IV İslam Həmrəylik Oyunlarında və paytaxtımızda keçiriləcək Avropa çempionatının final mərhələsində ölkəmizi layiqincə təmsil etməkdir.