Həcc ziyarətinin planına dəyişiklik edilib

Tarix : 2015/09/25 15:47     Kateqoriya : DÜNYA    


	Həcc ziyarətinin planına dəyişiklik edilib

Məkkədə 700-dən çox zəvvarın ölümü ilə nəticələnən faciədən sonra Səudiyyə Ərəbistanına Həcc ziyarətinin planına dəyişiklik edilib.

TASS informasiya agentliyinin verdiyi xəbərə görə, müvafiq göstəriş Səudiyyə kralı Salman ibn Əbdül Əziz Əl Saud tərəfindən verilib.

“Biz müvafiq orqanlara Həcc ziyarətinin planına dəyişiklik edilməsinə dair göstəriş vermişik”, deyə “Əl Ərəbiyə” telekanalı kralın bəyanatından sitat gətirib.

Qeyd edək ki, Məkkə yaxınlığında ötən gün baş vermiş izdihamda 717 nəfər dünyasını dəyişib, 880-dən çox zəvvar isə xəsarət alıb.