Sabirabadda bir neçə məktəbin direktoru işdən azad edilib

Tarix : 2016/02/08 19:42     Kateqoriya : ARAŞDIRMA    


	Sabirabadda bir neçə məktəbin direktoru işdən azad edilib

Sabirabad rayonunda bir neçə məktəbin direktoru işdən azad edilib.

«Fakt-Araşdırma» xəbər verir ki, bu barədə Gün.Az-ın əldə etdiyi məlumatda deyilir. İşdən azad edilənlər arasında həm rayon, həm də kənd məktəblərinin direktorları var.

Belə ki, işdən azad olunanlar arasında rayondakı M.Müşfüq adına 4 saylı orta məktəbin direktoru Afər Abıyev, Cavad kənd məktəbinin direktoru Niyaz Nəziroğlu, onun bacısı H. Z. Tağıyev adına məktəbin direktoru Kimyə Nəzirqızı da var.

Bir sıra məktəb direktorlarına isə işdən getmələri barədə ərizə yazmaq təklif edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl rayonun təhsil şöbəsinin müdiri Elman Bünyadov da işdən azad edilib.

Son illər Sabirabadda təhsil göstəriciləri aşağı səviyyədə olub. Təhsil sahəsində böyük nöqsanlar aşkarlanıb. İşdən azadolunmaların bununla bağlı olduğu deyilir.