Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

Tarix : 2016/02/08 20:00     Kateqoriya : İDMAN    


	Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə fevralın 8-də “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.

Federasiyadan bildiriblər ki, beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilən çempionatda şəhər və rayonların yığma komandaları iştirak edir.

Yarışa fevralın 12-də yekun vurulacaq. Qaliblərə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.