İran Eldar Mahmudovun vəhabilərlə əməkdaşlığına dair məsələni araşdıracaq

Tarix : 2016/02/09 11:43     Kateqoriya : ARAÅžDIRMA    


	İran Eldar Mahmudovun vəhabilərlə əməkdaşlığına dair məsələni araşdıracaq

İran Xarici İşlər Nazirliyi Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəhabilərlə əməkdaşlığına dair məsələni araşdıracaq.

İRNA agentliyi xəbər verib ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn CabirAnsarinin mətbuat konfransında jurnalistlərdən Azərbaycanın sabiq nazirinin Qafqazda vəhabilərin silahlanmasında vacib rol oynaması, Səudiyyə Ərəbistanı və İsraillə sıx əməkdaşlıq etməsi barədə xəbərlərin yayıldığını deyib.
 
Jurnalist XİN rəsmisinə bunun İranın maraqlarına zərər verib-verməməsi barədə sual ünvanlayıb.
 
Suala cavab verən Hüseyn Cabir Ansari bu məsələnin araşdırılacağını bildirib: “Məsələ araşdırıldıqdan sonra müəyyən faktlar aşkar olunarsa, məlumat veriləcək”.