Tərtər rayon sakini 6 kiloqramdan çox marixuananı satarkən tutulub

Tarix : 2016/07/30 17:30     Kateqoriya : ARAŞDIRMA    


	Tərtər rayon sakini 6 kiloqramdan çox marixuananı satarkən tutulub

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Tərtər rayon sakini Sərxan Əliyev 6 kiloqram 120 qram marixuananı rayon ərazisində satarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.