Bir sıra rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Tarix : 2016/02/09 20:07     Kateqoriya : SOSİAL    


	Bir sıra rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Fevralın 10-da Bakı şəhəri Nizami, Sabunçu, Xəzər, Suraxanı, Abşeron rayonlarının, həmçinin Qazax rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bakı regional qaz istismarı departamentinin tabeçiliyində olan inzibati rayonların ərazilərində istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması, qaz xətlərində aşkar olunmuş sızmaların ləğvi, Yeni Günəşli qəsəbəsi A/B massivində yerləşən 262 saylı körpələr evi-uşaq bağçasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və Qazax rayonunda diametri 159 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar fevralın 10-da saat 09.30-dan işlər yekunlaşanadək Nizami rayonunun 8-ci kilometr, Sabunçu rayonunun Maştağa, Xəzər rayonunun Buzovna, Suraxanı rayonunun Bülbülə qəsəbələrində və Yeni Günəşli massivində, Abşeron rayonu Mehdiabad qəsəbəsində, həmçinin saat 10.00-dan 18.00-dək isə Qazax şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.