Elman Mehdiyev Sumqayıtda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək

Tarix : 2016/02/11 12:32     Kateqoriya : SOSİAL    


	Elman Mehdiyev Sumqayıtda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 18 fevral 2016-ci il tarixdə, saat 11:00-da Fondun Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qobustan və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan «Fakt-Araşdırma»-ya verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

 

           Fondun Aparatında                         (012) 434-12-34

           Sumqayıt şəhər şöbəsində             (018) 65-15-15

           Abşeron rayon şöbəsində               (012) 342-96-06

           Xızı rayon şöbəsində                        (02331) 5-01-64

           Qobustan rayon şöbəsində            (02024) 5-22-30    

           Qubadlı rayon şöbəsində                (01856)5-41-37

 Qəbulda iştirak edəcək vətəndaşların fevralın 18-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.