Oqtay Şirəliyev Qazaxda bölgə vətəndaşlarını qəbul edib

Tarix : 2016/02/11 16:27     Kateqoriya : SOSİAL    


	Oqtay Şirəliyev Qazaxda bölgə vətəndaşlarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görülür.
 
«Fakt-Araşdırma» xəbər verir ki, fevralın 11-də səhiyyə naziri Oqtay Şirəliyev Qazax Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirib. Nazir Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayonlarından 29 vətəndaşı qəbul edib.
 
Qəbulda sakinlərin sağlamlıq problemləri, işlə təminat və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
 
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.
 
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.