İbad Hüseynli: «Heydər Əliyev mənim üçün Peyğəmbər qədər seviləcək şəxsiyyət idi»

Tarix : 2016/08/25 12:00     Kateqoriya : MÜSAHİBƏ    


	İbad Hüseynli: «Heydər Əliyev mənim üçün Peyğəmbər qədər seviləcək şəxsiyyət idi»

İBAD   HÜSEYNLİ :   ”CƏNAB VASIF   TALIBOVLA   GÖRÜŞ  MƏNIM  ÜÇÜN  TARIXI  VƏ YADDA QALAN OLDU ...”

-Azərbaycan qədər  Türkiyəni də sevən    və onu  ikinci   vətəni hesab  edən İbad müəllim   15  iyul  Türkiyədə baş veren   çevrilişin canlı  şahidi   oldu.... Qismətmi idi, təsadüfmi idi ?

-Mən  Türkiyədə   son 4-5  il ərzində  çox   gözəlliklərin, yadda  qalan  tarixi  anların  şahidi   oldum.  Yəqin Türkiyənin   agır  günündə orda olmagı   haqq   etdim   və  çox  üzüldüm…  Ankarada   dəyərli   dostlarımızla , Türkiyə Prezidentinin baş məsləhətçisi Yalçın Topçu, Ankara  Gölbaşı Bələdiyyəsinin başqanı  Fatih Durayla   çay   süfrəsi   arxasında oturmuşduq. Birdən   dostumuzun  telefonuna gələn   mesajdan  həyəcanlandı…  və   ayaga qalxdı… birdən –birə  Ankarada  səs-kuy,   helikopterlər…. Bir  anlıq  yuxu kimi   gəldi. Bu,    acı   və  kədərli həqiqət   idi…

-Bir anlıq nə hiss keçirdiniz?

İbad Hüseynli:
-Bir anlıq gözümün qabağına Qarabağda olan   hadisələr  gəldi, qaça-qaç,  hay-küy , qışqırıqlar varıydı, bomba səslərini eşidirdik. Heç kimin ağlına gəlməyən   xaos ...

-Azərbaycan vətəndaşı olaraq necə baxırsınız baş verən hadisələrə?

TÜRKIYƏ   ÖZ  BÖLÜNMƏZLIYINI  VƏ  BÖYÜKLÜYÜNÜ  NÜMAYIŞ  ETDIRDI...

-Təbii  ki, mən   yaxşı baxmıram... Ankara bir anlıq   Suriya, İraqı  xatırlatdı.   Hazırlanmış   plan  Türkiyəni dağıtmaq, parçalamaq  istiqamətinə hesablanmış   əsas   hədəf isə  Türkiyənin Cumhur Başkanını fiziki cəhətdən məhv etmək idi.

 Durmadan   inkişaf  edən  Türkiyəni    təbii ki, istəməyən  qüvvələr   çoxdur, türk dünyasının    bütövlüyünü  istəməyən , onun  inkişafının  qarşısını   almaq  üçün   əlindən  gələni    edən şərəfsiz  türk  düşmənlərı var. Və biz  bu düşmənçilıyın şahidi  olduq... Bu hadisə   bir daha gostərdi   ki, maneələrə  baxmayaraq  türk   dövlətləri  birləşməli,  bir yumruq kimi olmalıdır. Son  hadisələr onu da   göstərdi ki,   millət, xalq  öz  iradəsinə   sahib olmagı  bacarır  və vətən   anlamı onlar  üçün  öndə olan   and  yeridir.  Türkiyə   həm də  bizim  üçün, Azərbaycan   üçün   dayaqdır,   qardaşdır , nəinki   bizim  üçün, hətta bütün  türk  dünyası  ölkələrinin,müsəlman  aləminin   desək,   daha   dogru olar. R.T.Ərdoganın    son illər   Türkiyə  üçün   atdıgı   addımlar, həm  siyasi,həm iqtisadi, həm  mədəni   və bütün sahələrdə olanlar  göz  qabagındadır... Və  bunu  gorən, lakin  həzm  edə bilməyənlər  də   gizli-gizli   özlərinə layiq  planları  həyata  keçirə bilmədi...Nə  qədər  günahsız  insanlar    şəhid oldu,  Türkiyə  nə  qədər   mənəvi    sarsıntı  keçirdi, iqtisadi   baxımdan çox  geri  düşdü...  amma  öz  iradəsini,    vətən   sevgisini, bölünməzliyini  nümayiş etdirdi. Budur  Türk  millətinin  böyüklüyü...

-İbad  müəllim     necə   Azərbaycanı, Türkiyəni  sevirsinizsə, Sizi də qarşılıqlı  sevirlər,   eyni   diqqəti və sevgini  Azərbaycanın  ayrılmaz  hissəsi olan  Naxçıvanda   da   gormək olar...  Bu tarixi  diyar  haqqında  nə deyərsiniz?

İbad Hüseynli:   -Dediyiniz kimi,   Naxçıvan   Azərbaycanın    ayrilmaz  hissəsi   və   zəngin tarixi olan   diyardir..1995-1996-cı illərlə müqayisədə    bu gün Naxçıvan  çiçəklənən  bir şəhərə  çevrilib. Naxçıvan  dahilər  yetişdirib...   Ulu  öndərimiz  Heydər  Əliyevin  layiqli   davamçılarından  olan    cənab  Vasif  Talibov    demək olar ki,  Naxçıvanı yenidən  yaratdı.   Naxçıvana   addım  atan  hər kəs   gorür  ki,  Naxçıvan   bu gün  necə  gözəlləşib, inkişaf edib...   yeni-yeni layihələr,  içtimai  obyektlər,  tarixi   yerlərin  abadlaşdırılması, yenidən bərpası....   Təbii  ki, bütün  bu ugurlu  siyasətin, inkişafın   arxasında  gecə-gündüz  çalışan,  ömrünü Naxçıvanın çiçəklənməsinə  həsr  edən   Vasif  Talıbov kimi  bir  rəhbər  var.

İlk   dəfə Naxçıvana   getməyim  yadıma düşdü...Məni çox  mehribanlıqla, yüksək   səviyyədə     qarşıladılar. MTN-ə dəvət elədilər, sonra cənab Vasif müəllimə bildirdilər ki, Naxçıvana belə bir   adam gəlib. Dərhal mənə öz diqqətini, qayğısını göstərdi, məni qəbul etdi. Gözləmədiyim səmimiyyətlə məni qarşıladı,maraqlı   söhbətlərimiz oldu, mənim   üçün yadda qalan  və tarixi bir görüş oldu.  Görüşdə   cənab  Vasif  Talıbov mənə  Azərbaycanın qədim tarixə , zəngin mədəniyyətə   və Azərbaycan  dövlətçiliyinin  inkişafında   mühüm  rola  malik olan  Naxçıvan   Muxtar Respublikasının   yaradılmasının  85 illik  yubileyi   münasibətilə   buraxılmış   Xatirə   sikkəsini  təqdim  etdi.  Eyni zamanda məni Ulu  Öndərimiz  Heydər   Əliyevin  anadan olmasının   85 illik  yubileyi  şərəfinə   buraxılmış  xatirə    sikkəsi ilə də mükafatlandırdı. Təbii  ki,  mənə  göstərilən   diqqət  və ehtirama  gorə  mən  Naxçıvan  Muxtar  Respublikasının   rəhbərliyinə  xüsusi   olaraq  təşəkkur  edirəm. Vasif  müəlim dövlətinə   şərəflə  xidmət  edir   və   necə ki,  Ulu  Öndərimiz   xüsusi  addımları ilə  özündən  sonrakılara    örnək olub,  Vasif  müəllim  də  həmçinin   özündən  sonrakılara  örnək olaraq  qalacaqdır. Tarixi  tarix olaraq    yaşadan da    elə   rəhbərlər, liderlərdir.    Mən   də özümü  xoşbəxt  və şanslı     vətəndaş  hesab  edirəm ki,   tarixi   insanların  diqqəti, sevgisi  hər  zaman  üzərimdə olub. Mən  ora nə zaman getsəm eyni cür  sevgini   və  diqqəti görürəm.  Mən  hər  yerdə , hətta bir neçə televiziya kanallarında da demişəm Naxçıvanın çox vətənpərvər,  diqqətli  insanları   var.Bu barədə çox danışmışam.   Hətta bir çoxları  məni Naxçıvanlı  bilirdilər...

-Ulu Öndərimiz Heydər Əliyevin sizın taleyinizdəki izləri  haqqda, hətta qayıdışından sonra gəldiyi  ilk cəbhə bölgəsi  də  sizin hərbi hissə olmuşdu. Heydər Əliyev sizin üçün kimdir?

HEYDƏR ƏLIYEV  MƏNIM  ÜÇÜN  PEYGƏMBƏR QƏDƏR SEVILƏCƏK   ŞƏXSIYYƏT IDI...

-Heydər Əliyev  mənim  üçün  Peygəmbər qədər seviləcək insan idi, şəxsiyyət idi. Bu, tək  mənim yox,   Azərbaycan  xalqının düşüncəsidir. Onun ideyaları və bu ideyalardan irəli gələn əməli işlər   zaman –zaman  həyata keçməkdədir və  bunu hər kəs   görür   və şahidi olur.  Tanrının  sevdiyi  və   seçdiyi   liderlik missiyası  ilə Azərbaycanın  xilaskarına  çevrildi. Bizi 1993  cü  illərdə  səngərlərdən çıxardırdılar, guya  ki,    dincəlməyə  gondərirlər...onun qarşısın mən aldım.   Bunu hamı bilirdi...O zamanlar həmin ərazidə ən böyük döyüş qabiliyyətli hərbi hissə mənim qulluq etdiyim tabor idi. Mənim başçılıq etdiyim kəşfiyyat taqımı ilk olaraq tərk-silah edilməli idi. Bizi səngərlərdən çıxardıb  15-20 km.  arxaya gətirmişdilər, hamının  silahlarını   təhvil  alırdılar,   səbəbi bilinmirdi.... mən  elə bil yuxudan  ayıldım    və  lazım  olan  addımları  atdım,   beş  addım qabaga  yeriyib  silahı hazır vəziyyətə gətirdim.  Bu planı həyata keçirən  yüksək rütbəli   zabitlərə bu əmrə tabe olmayacağımı bildirdim. Başa düşürəm ki, bu addımım hərbi nizamnaməyə zidd idi. Lakin həmin dövrü də nəzərə almaq lazımdır.   Əsgərləri yenidən qaytardım cəbhəyə, səngərlərə. Dedim burdan bizi ölüm ayıra bilər.Nəticədə həmin ərazidə yeganə döyüş qabiliyyətli tabor tərk-silah edilmədi. Ən dəhşətlisi bu idi ki, bu məkrli plan tərk-silah ediləcək hərbi hissələrin yerini tamamilə boş saxlamaq məqsədi daşıyırdı.Buna isə xəyanətdən başqa ad vermək olmaz.  (Və bu gün  həmin  yüksək  rütbəli insanlar  məndən  qisaslarını  səviyyəsiz   və  özlərinə  məxsus  şəkildə   anti-filmlə,   ürəkbulandıran  yazılarla   alırlar)

Bu hadisəni  o zamanlar Heydər Əliyev televiziya vasitəsilə danışmışdı. Sadəcə o hadisəni mənim etdiyimi bilməmişdi deyə adımı hallandırmamlşdı, bir qrup əsgər demişdi. Sonradan bildi ki, onu mən eləmişəm. 1994 –cü ilin aprel ayında birbaşa getmişdi bizim səngərə. Mən onda ağır yaralanmışdım. Ulu Öndər bizi çağırtdırmışdı, mənim  kəşfiyyatçılarımla  şəkil çəkdirmişdi, onlara həddiyyələr, saatlar vermişdi. Ulu Öndər gülə-gülə soruşmuşdu bəs bu kəşfiyyatın komandiri hardadı, hərbi hissənin komandiri  yaralanıb demişdi. Orada Ulu öndər demişdi ki, onu mən Azərbaycanın milli qəhrəmanı elan edirəm. Sənədlərini göndərin. 

-Eşitdiyimə görə  o illərdə nüfuzu və səlahiyyəti olan bir hərbçi sizin ailəyə və sizə qarşı mənfi mövqedə olub,  belədirmi? Sizin  haqqınızda lazım olan informasiyanı   Ulu öndərə   çatdirmaması,  “Milli Qəhrəman”ın, “Azərbaycan bayrağı” ordeni ilə  əvəzlənməsi ....bunlar hamısı o hərbçinin işləri  idimi?

-Bu aydın məsələdi, bilənlər bilir...   Sonralar da bir müddət keçdi, qardaşım İlyas tabor komandiri idi. Onu çağırmışdılar Müdafiə Nazirliyinə, demişdilər ki,  2 min dollar gətirin, İbad Hüseynlinin Milli Qəhrəmanlığı hazırdı. İlyas  gəldi, dedi ki,  "şirinlik" istəyirlər. Pul da var idi verməyə, amma aydın məsələdir ki, biz qəhrəmanlıq üçün vuruşmadıq.   Qardaşım Eyvaz da  dedi ki, yox  Ulu Öndər səngərdə bunu veribsə , veriləcək. Biz o  ada  "şirinlik"  də  vermədik...

-İbad müəllim uşaqlıgınız  bitməmiş,  təhlükəli  zamana   təsadüf  edən  hərbi xidmətiniz olub, qayıdandan   müharibənin içində  oldunuz, kəşfiyyatçı , kəşfiyyat komandiri, əlçatmaz və  gözə-görünməz  döyüşçü....   tank    eləyhinə  minaya  düşüb  agır yaralanmaq,  xəstəxanalar, bir  ay koma, illərlə çəliklə  gəzmək,  taleyiniz   üzünüzə   az gülüb.....Və bu gün də Türkiyədə baş verən hadisələrə  şahidlik  etmək, qaynar nöqtələrdə  o  təhlükəni hiss   etmək...  bunları  necə  adlandırmaq  olar?

-... Bu  mənim   taleyimdi,  alın yazımdı...  dəyişəcək  və deyiləcək bir  şey  yox. Yaşadıgım agrılar   acı da olsa ,şərəfli  idi...  yalnız  içimdə  tapmadıgım  rahatlıq, başımızı aşagı edən  geri  almadıgımız Qarabag   var ... İnanıram ki,  bu yolda əlindən  gələni əsirgəməyən  Ulu Öndərimiz  Heydər   Əliyevin həm mənəvi, həm  də  siyasi   varisi  cənab  prezidentimiz  İlham Əliyev    öz  siyasəti ilə  bizi   sabaha   ümidləndirən  addımlar  atır   və atacaq. Biz  bunu  görürürük  və inanırıq.

MÜHARIBƏ QƏHRƏMANLAR DA YETIŞDIRIR ,

ŞƏRƏFSILZLƏR  DƏ...

-Müsahibələrinizin  birində deyirsiniz ki ,müharibə qəhrəmanlar da yetişdirir , şərəfsilzlər  də ...

-Bəli demişəm, əlbəttə ,  elədir...   o zamanlar   özbaşınalıq, hakimiyyət zəifliyi, mənəm-mənəmlik, kreslo  davası  bir tərəfdən, digər tərəfdən isə müxtəlif əqidəli insanların orduya soxulması cəbhədə acınacaqlı vəziyyət yaratmışdı. Bəzilərinin    müharibəyə  qazanç  yolu kimi  də  baxdıgı isə heç kimə sirr deyil. Torpaqları   qoruyan əsasən yurdları işğala məruz qalmış və cəbhəyanı ərazilərin   sakinləri idi,   vətəni  sevən,  vətən  naminə  candan-qandan keçən  oğullar az deyildi, amma müharibə həm də çirkinliklərin də üzə çıxdığı meydandır. İnanın ki, öndə  gedən  döyüşçülərə   qibtə edən, paxıllıq edənlər  də vardı, çünki bunları   gözümlə  gormüşəm, şahidi olmuşam,  ona  gorə    də  elə  deyirəm. Bu səbəbdəndir ki, indi bəziləri  internetdə  başqa  adla “qəhrəmanlıq”  edirlər...

VƏTƏN  SEVGISI ÖLMÜR, VƏTƏN ÜÇÜN ATILAN ADDIMLAR  ƏBƏDIDIR...

-İbad müəllim sizdən kifayət qədər müsahibələr  götürülüb, kifayət qədər yazılar  ,kitablar, jurnallar  var. Saysız  hesabsız Türkiyə , Ukrayna  görüşləri ... Son vaxtlar  isə  sizi Moskvaya dəvət etdilər.  Necə keçdi görüş?

-Moskvada  keçirilən     görüşə  getməyimə  narazı  və narahat olanlar  vardı.  Ələxüsus da  Türkiyə-Rusiya  münasibətlərinin  gərginləşdiyi  bir  zaman  idi,buna baxmayaraq  getdim və çox   maraqlı   görüş keçdi. Rusiyanın  tanınmış jurnalistləri, deputatları  da qatılmışdı. Hətta bir layihəmiz  də vardı , Türkiyə-Rusiya münasibətlərinin   yaxşılaşdırılması istiqamətində... Biz  layihəni  gerçəkləşdirənə  qədər   artiq  münasibətlər  öz  yoluna  qaytarıldı.  Və bu istiqamətdə  təbii ki,  bizim    cənab  prezidentimizin də    böyük rolu oldu.Bilirsiniz   hər kəsin  bir missiyası  olur... Mənim missiyam vətən uğrunda savaşmaq   oldu  və həyatımda  hər şey o  tükənməyən sevgidən başladı.  Vətən  sevgisi ölmür, vətən üçün atılan addımlar  əbədidir... çünki  səndən  sonra   gələcək nəsillərdən ən  azı biri    sənə  bənzəsə,  o  da  yetərlidir. Mən  hər kəsə  vətən sevgisi   arzulayıram...

G. Behbud