Georgi Merqvelaşvili müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Tarix : 2015/09/25 16:22     Kateqoriya : DÜNYA    


	Georgi Merqvelaşvili müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Sentyabrın 24-də Gürcüstan Prezidenti Georgi Merqvelaşvili bu ölkədə yaşayan müsəlmanları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Gürcüstan Prezidenti müsəlmanlara sülh, əmin-amanlıq, ruzi-bərəkət, dualarının və qurbanlarının qəbul olunmasını arzulayıb.

Dövlət başçısının təbrik məktubunda Qurban bayramının tarixindən, məziyyətlərindən söhbət açılır, Gürcüstanda yaşayan dini icmalar, o cümlədən müsəlmanlar üçün yaradılmış şəraitdən bəhs edilir.